Slimfit
  1. DÜNYA

Dünyanın ən varlı adamı sərvətinin yarısını itirə bilər

Dünyanın ən varlı adamı sərvətinin yarısını itirə bilər
Sakura

Dünyanın ən varlı adamı sərvətinin yarısını itirə bilər

Dünyanın ən varlı adamı olan "Amazon" şirkətinin prezidenti Cef Bezos həyat yoldaşı Makkenzi Bezosdan boşanır.

Modern.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, 137 milyard dollarlıq sərvətə malik olan Bezos sərvətinin tam yarısını – 69 milyard dolları boşanacağı həyat yoldaşına verə bilər. Bu, Makkenzi Bezosa avtomatik olaraq dünyanın ən varlı qadını statusunu qazandıra, "Amazon"un sahibinə isə zənginlərin reytinqində 6 pillə geriləməyə yol aça bilər.

Eksperlər Bezosların nikaha girən zaman əmlakla bağlı müqavilə imzalamadıqları təqdirdə sərvətin tən yarı bölünəcəyini bildirirlər. Cütlük 1993-cü ildən nikahda olub və 3 oğul övlad böyüdüblər. Onlar boşanmaları barədə rəsmi məlumatı yanvarın 9-da açıqlayıblar.

Xatırladaq ki, hazırda dünyanın ən varlı qadını 45,6 milyard dollar sərvətlə Fransuaza Betankur Mayersdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR