Aktiv insan həftədə 75 dəqiqə və ya bir həftədən bir 150 dəqiqə intensiv fiziki hərəkətlə məşğul olmalıdır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müxtəlif ölkələrin fiziki aktivliyinin öyrənildiyi araşdırmanın nəticələrini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı 168 ölkədən iki milyon insanın məlumatları öyrənilib.
ÜST mütəxəssisləri qeyd edirlər ki, planetin əhalisinin 1/4 hissəsi yetərli qədər aktiv həyat tərzi keçirmir. Bu isə öz növbəsində piylənməyə, II növ diabetə, ürək problemlərinə və xərçəngin müxtəlif növlərinin yaranmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, aktiv insan həftədə 75 dəqiqə və ya bir həftədən bir 150 dəqiqə intensiv fiziki hərəkətlə məşğul olmalıdır.
Bu meyarları nəzərə alan ÜST ən tənbəl ölkələrin siyahısını hazırlayıb. Siyahıda ilk yeri 67 faizlə Küveyt tutub. Məlumata görə, Küveyt əhalisi idmanla heç məşğul olmur. Bundan başqa siyahıda Samoa (53,4 faiz), Səudiyyə Ərəbistanı (53), İraq (52) və Braziliya (47) qərarlaşıb.
ÜST fiziki aktivliyin yüksək olduğu ölkələrin siyahısını da açıqlayıb. Belə ki, bu siyahıda birinci yeri əhalisinin cəmi 5,5 faizi idmanla məşğul olmayan Uqanda tutub. Siyahıda ikinci yerdə əhalisinin 5,6 faizi idmanla məşğul olmayan Mozambik, üçüncü yerdə Lesoto (6,3 faiz), dördüncü yerdə isə Tanzaniya (6,5) gəlir.
Rusiya isə tənbəl ölkələr siyahısında daxil olmayıb. Rusiya əhalisinin 17,1 faizi idmanla məşğul olmur. Rusiya əhalisinin 35,9 faizi aktiv həyat tərzi keçirməyən Böyük Britaniya və əhalisinin 40 faizi tənbəl olan ABŞ-dan öndədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət