Dünyanın ən təhlükəsiz aviaşirkəti müəyyən edilib
Almaniyanın "Jacdec" araşdırma şirkətinin mütəxəssisləri aparılan "Airline Safety Ranking 2018" araşdırmaları zamanı dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinq siyahısını müəyyən ediblər.
“Report” xəbər verir ki, 20 daşıyıcıdan ibarət siyahını alman mətbuatı dərc edib.
"Jacdec"in saytında 60 aviaşirkətin tam siyahısı yanvarın 23-də dərc olunacaq.
2017-ci ilin ən təhlükəsiz aviaşirkəti BƏƏ-nin "Emirates" şirkəti seçilib. Reytinq siyahısında ikinci yerdə Norveçin "Norwegian Air Shuttle" loukosteri qərarlaşıb. Üçlüyü Britaniyanın "Virgin Atlantic Airways" şirkəti qapayır.
Siyahıda KLM (Hollandiya), "EasyJet" (Loukoster, Britaniya), "Finnair" (Finlandiya), "Etihad Airways" (BƏƏ), "Spirit Airlines" (ABŞ), "Jetstar Airways" şirkətinin (Avstraliya) adı var. Onluğu Səudiyyə Ərəbistanının "Air Arabia" aviaşirkəti qapayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət