Dünyanın ən təhlükəli həbsxana məhkumları
Ceysn Barnum (Eyball Man)
Bu qorxunc adam 2016-cı ildə bir polis məmuruna atəş açdığı üçün həbs cəzası alıb və 22 il müddətində azadlıqdan məhrum edilib. Ürküdücü göz kürəsi döyməsi həbsxanada ona sataşmaq istəyən məhkumlara qarşı olduqca faydalıdır. O, həyatının bir çox məqamında ona əngəl yaradan bu döymələri çox sevdiyini və ondan heç zadman qurtulmağı düşünmədiyini bildirib.
Çarles Branson
Branson ilk dəfə 1974-cü ildə, yəni, 19 yaşında bir silahlı soyğunda iştirak etdiyi üçün həbsə düşüb. O, həbsxanaya düşdüyü ilk gündən orada işləyən nəzarətçilərə və məhkumlara şiddət göstərib. Dəfələrlə nəzarətçiləri girov götürərək, onlara işgəncə verən Bransonun cəzası hər dəfəsində daha da artırılıb.
Çarles Branson 1974-cü ildə, həbsxanaya ilk girdiyi gündən bəri sadəcə 131 gün azad bir insan kimi yaşayıb. Çəkisi 95 kq və 1.78 metr boyu olan Branson qapadıldığı dəmir barmaqlıqları əlləri ilə çox rahat şəkildə əyə bilir. Rəsmi olmayan qaynaqlara görə, o, günlük məşqində 3000-dən çox “jim” edə bilirmiş. Bundan başqa, İngiltərədə ən çox həbsxana üsyanına başçılıq etmə rekordu da bu məhkuma məxusdur. 2000-ci ildə həbsxanada çıxan üsyan zamanı bir müəlliməni 2 gün müddətində girov aldığı üçün ömürlük həbs cəzasına məhkum edilib.
Andrey Çikatilo
22 yanvar 1978-ci ildə Yelena Zakatlova adında 9 yaşlı qızı öldürərək ilk cinayətini gerçəkləşdirib. Azyaşlını aldadaraq öz evinə aparan Çikatilo, ona təcavüz etmək istəyib. Lakin Zakatlova bu zaman Çikatilonun əlindən qurtularaq qaçmağa başlayıb. Bunu görən cani, 9 yaşlı qızın qarın nahiyəsindən 3 bıçaq zərbəsi endirərək, onu qətlə yetirib. Lakin onun bu cinayəti heç də son olmur. İnsanlar arasında olduqca məsum və “gözəl insan“ görüntüsü yaratmağı bacaran bu qatil, 22 ildə 53 cinayət işləyib. O, işlədiyi hər bir cinayət üçün ömürlük həbs cəzası alıb.
Əl-Salvador məhkumları
Əl-Salvador həbsxanaları olduqca güclü qorunsa da, burada cəzasını çəkən məhkumlar həbsxananı öz qanunları ilə idarə edirlər. Paytaxt San-Salvadorda ölkənin ən möhkəm qorunan həbsxanası yerləşir. Bu həbsxanada cəza çəkən 2500 məhkum özlərinin qanunları ilə hərəkət edirlər. Həbsxana nəzarətçilərinin belə, qorxduğu bu narkobaronlar işlədikləri hər bir cinayəti ölümsüzləşdirmək üçün qurbanlarının adlarını öz vücudlarına döymə vasitəsilə yazılar. “Mara Salvatruka” adı altında birləşən məhkumlar yer azlığı səbəbilə, 20 nəfərlik kameralarda 70 nəfər qalırlar.
Jeffri Dahmer
Cinayətlərinə 18 yaşında başlayan, öldürdüyü insanların cansız bədəninə işgəncələr edən dünyanın ən qorxulu canisi. Bu cinayətkar həbs edilənə qədər 17 nəfəri qətlə yetirib. 10 il ərzində bu qədər insanı öldürən, hər bir qurbanının cəsədinə işgəncə verən və bu işgəncələrdən zövq alan Jeffri Dahmer dünyanın ən manyak cinayətkarlarından biridir. İllərlə insanlara ağlasığmaz işgəncələr tətbiq edən bu cani, 1994-cü ilin əvvəllərində həbs edilib. Həbs edilən zaman işlətdiyi cümlə isə onun etdiyi cinayətlərin nə qədər dəhşətli olduğunu sərgiləyir: “Mənim etdiyim işgəncə və qətlləri bir insanın edə biləcəyinə inanmağım olduqca çətindir. Bunu məndən başqası edə bilməz.”
Həbsxanaya göndərildikdən sonra bir çox məhkum tərəfindən öldürülməyə çalışılsa da, onlardan qurtula bilib. Lakin o, 28 noyabr 1994-cü ildə həbsxananın çamaşırxanasında başına dəmir alətlə vurulması nəticəsində qətlə yetirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət