Rusiyada dondurucu soyuqların təsir etmədiyi bir şəhər var – “dünyanın ən soyuq şəhəri” ünvanına sahib…
Rusiyada dondurucu soyuqların təsir etmədiyi bir şəhər var – “dünyanın ən soyuq şəhəri” ünvanına sahib Yakutsk şəhəri.
Oxu.Az xəbər verir ki, Sibir regionunda yerləşən bu şəhərdə 250 min insan yaşayır.
1632-ci ildə Lena çayı sahilində salınan şəhər Rusiya Federasiyasına bağlı Yakutiya Respublikasının paytaxtıdır. Şəhərdə temperatur qışda mənfi 64 dərəcəyə qədər düşür. Yay aylarında müşahidə edilən ən isti temperatur isə müsbət 25 dərəcə olur.
Dondurucu soyuqlara rəğmən, bu şəhərdə həyat durmur. Məktəblər və rəsmi qurumlar temperatur mənfi 52 dərəcəyə düşənədək fəaliyyətini davam etdirir.
Yakutsk sakinləri iddia edirlər ki, bölgədə hər insana çatacaq qədər göl və çay var.
Yakutsk Rusiya tarixində Lenin və Stalin kimi liderlərin də müəyyən dönəm yaşamağa məcbur olduğu siyasi sürgün şəhəri kimi tanınır.
Bura təbii sərvətlərlə zəngindir. Dünyada istehsal olunan almaz ehtiyatının beşdə biri və Rusiyadakı qızıl mədənlərinin 40 faizi bu şəhərdədir. Bundan başqa, qaz və neft ehtiyatlarına sahibdir.
Ginnesin Rekordlar kitabına adını yazdıran şəhər dünyaca məşhur fotoqrafların baş çəkdiyi yerlər arasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət