Slimfit
  1. MARAQLI

Dünyanın ən şirin işi: ''şokolad yeyən'' axtarılır

Dünyanın ən şirin işi: ''şokolad yeyən'' axtarılır
Sakura

Dünyanın ən şirin işi: ''şokolad yeyən'' axtarılır

Dünyanın ən böyük şikolat istehsalçılarından olan İtaliyanın "Ferrero" şirkəti "Nuttella" üçün dequstator vakansiyası elan edib.

Enter.News xarici KİV-ə istinadən xəbər verir ki, elanda kakao, fındıq və yarı un məmulatlı şokoladların dadına baxa biləcək təcrübəli şəxslər axtarıldığı qeyd olunub.

İşçilərə qoyulan digər tələblər isə kompüter biliklərinin olması və qida allergiyası kimi bəzi xəstəliklərinin olmamasıdır.

Seçilən şəxslər sentyabr ayından etibarən işə başlayacaq və 3 aylıq təcrübə proqramından sonra mütəxəssis adını alacaqlar. Namizədlərə bu müddət ərzində maaş da veriləcək. Onlara təcrübə proqramı çərçivəsində dad və qoxu alma xüsusiyyətlərini inkişaf etdirmək və bunu kəlmələrlə ifadə etmək tədris olunacaq. Təcrübə proqramını uğurla başa vuran şəxslərlə müqavilə imzalanacaq və işə götürülən şəxslər həftədə 2 gün və gündəlik 2 saat çalışacaqlar.

Qeyd edilir ki, şirkət bu iş üçün daha öncə şirkət daxilindən işçilər seçirdi. İlk dəfə ictimaiyyətə açıq vakansiya ilə dequstator axtarılan elan İtaliya mətbuatında "Dünyanın ən gözəl işi" başlığı altında verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR