Slimfit
  1. DÜNYA

Dünyanın ən romantik 10 şəhəri

Dünyanın ən romantik 10 şəhəri
Sakura

Dünyanın ən romantik 10 şəhəri

Britaniyanın “Travel and Leisure” kurort bron şirkəti dünyanın 66 müxtəlif şəhərini təhlil edərək, onların “romantiklik” dərəcəsini qiymətləndirib.

Vestifinance.ru-nun məlumatına görə, ekspertlər beş meyar əsasında meqapolisləri araşdırıb.

Onlar sosial şəbəkələrdə son yarım il ərzində #engaged, #heproposed və #isaidyes heşteqlərini (təxminən 188 min), həmçinin, sevgi hisslərinin ifadə olunduğu #love və #inlove heşteqlərini (təxminən 53 min) hesablayıb və şəhərdə bağlanan nikahların faiz göstəricisini tədqiq edib.

Bütün meyarlar nəzərdən keçirildikdən sonra şəhərlərə romantiklik göstəricilərinə görə müvafiq ballar verilib.

“Travel and Leisure” şirkətinin hazırladığı onluğu təqdim edirik:

10. Melburn

Melburn müxtəlif millətlər, irqlər, dini etiqadlardan olan insanların qaynayıb-qarışdığı böyük meqapolisdir. Avstraliyanın idman paytaxtı sayılır. Ölkənin ən yaxşı şənlikləri, karnavalları və festivalları məhz bu şəhərdə keçirilir.

9. Mayami

Mayami şəhərinin Mayami-Biç rayonu çoxsaylı gecə klubları, qızıl qumsal çimərlikləri, qədim binaları və mağazaları sayəsindən dünyanın ən aparıcı turizm məkanlarından sayılır. Hər il bu şəhərdə milyonlarla insanın qatıldığı “Miami Masters”, “Art Basel”, “Winter Music Conference”, “South Beach Wine & Food Festival” və “Mercedes-Benz Fashion Week Miami” kimi mötəbər tədbirlər keçirilir.

8. Sidney

Sidney şəhəri Opera teatrı, Harbor-bric körpüsü və füsunkar çimərlikləri ilə tanınır. Meqapolisdə həm də çoxsaylı milli parklar var. Şəhəri əhatə edən körfəzlər, buxtalar, cırtdan adalar və çimərliklərin sayı-hesabı yoxdur.

7. San-Fransisko

San-Fransisko yayda insanı üşüdən soyuq dumanı, füsunkar mənzərəli sıldırım təpələri, Viktorian və müasir memarlığın möhtəşəm vəhdəti ilə əsas turizm istiqamətlərdən birinə çevrilib. Şəhərin əsas gəzməli-görməli yerlərinə “Qızıl qapıları”, Alkatras adasını, kanatlı tramvaylar sistemini, Koyq qülləsini və Çayna-taunu misal göstərmək olar.

6. Berlin

Bu gün Berlin dünyanın mədəniyyət mərkəzlərindən sayılır. Avropanın iri nəqliyyat qovşağı olmaqdan savayı, ən çox turist cəlb edən dünya şəhərlərindən sayılır. Almaniya paytaxtının ali təhsil ocaqları və muzeyləri bütün dünyaya səs salıb. Şəhərdə dünyanın dörd bucağından olan sənətkarlar, diplomatlar, mühacirlər yaşayır.

5. Çikaqo

Şəhər ucu-bucağı görünməyə göydələnlərlə yanaşı, geniş və təmiz parkları, kempinq və ailəvi istirahət məkanlarının çoxluğu ilə seçilir. Sahilyanı ərazidə insanların çimməsi və ya balıq tutması üçün xüsusi zonalar yaradılıb. Aktiv istirahət “düşkünləri” üçün gözəl tennis kortları, qolf klubları, buz meydançaları (xizək üçün), dəbdəbəli hovuzları var.

4. Paris

Parisin planetimizin ən romantik məkanı olduğu artıq heç kimə sirr deyil. Ancaq nə qədər təəccüblü olsa da, şirkətin reytinqində dördüncü yerdə göstərilib. Fransa paytaxtı uzun illərdir ki, ən məşhir turizm istiqamətlərinin beşliyində yer alır. Hər il bu şəhərə orta hesabla 15 milyon turist gəlir. Şəhərin “vizit kartı” sayılan Eyfel qülləsi ilə yanaşı, sevən-sevilən cütlüklər Triumfal alaqapı, Luvr muzeyi, Sena çayının çoxsaylı körpülərində olur. Bu, unudulmaz randevu (romantik görüş - red.) üçün ideal şəhərdir.

3. Los-Anceles

Los-Anceles dünyanın ən iri mədəni, elmi, iqtisadi və təhsil mərkəzlərindən hesab olunur. ABŞ şəhəri dünya kinosənayesinin paytaxtı hesab olunur.

2. London

London ən romantik şəhərlərin reytinqində ikinci yerdə qərarlaşıb. Yarım il ərzində bu şəhərdə “Instagram” istifadəçiləri evlilik təklifinin əks olunduğu 1813 post paylaşıb. İngiltərə paytaxtının əsas gəzməli-görməli yerləri “Biq-ben” saat qülləsi, Trafalqar meydanı,  Bukinqem sarayı və s. sayılır. Səyahətdən unudulmaz təəssürat almağa çalışan cütlüklər bu şəhərdə bir-birindən gözəl parklara, kafe və restoranlara, zəngin muzeylərə valeh olacaq.

 1. Nyu-York

Şəhərin əsas gəzməli-görməli yerləri Azadlıq heykəli, Empayr-Steyt qülləsi, Ellis adası, Brodvey teatrı, Voltstrit küçəsi, Metropoliten muzeyi, Mərkəzi park, Rokfeller mərkəzi, Tamys-skver, Bronksk zooparkı, Nyu-York Botanika bağı, Beşinci Avenyu prospekti və s. sayılır. Ekspertlərin fikrincə, bu şəhərdə romantik görüşlər baxımından heç bir qıtlıq hiss olunmur. Ən çox evlilik təklifləri və nümayişkaranə şəkildə sevgi etirafları bu şəhərdə qeydə alınıb.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR