Slimfit
  1. DÜNYA

Dünyanın ən qeyri-adi təyyarəsi hazırlandı sərnişinlər qanadlarda uçacaq

Dünyanın ən qeyri-adi  təyyarəsi hazırlandı sərnişinlər qanadlarda uçacaq
Sakura

Dünyanın ən qeyri-adi təyyarəsi hazırlandı sərnişinlər qanadlarda uçacaq

Dünyanın ən qeyri-adi sərnişin təyyarəsi hazırlanıb.

Publika.az xəbər verir ki, Hollandiyanın Delft Texnologiya Universitetində Custus Bernardın müəllifliyi ilə "Flying-V” (Uçan V) təyyarəsi ərsəyə gətirilib.

Təyyarə yanacağa qənaət edir və hava nəqliyyatının davamlılığını artırır. “Flying-V” “Airbus A250-900” modelinə nisbətən 20% daha az yanacaq sərf edir. 314 nəfərlik sərnişin heyəti və 65 metr qanad genişliyinə sahibdir. Yeni dizaynlı təyyarədə sərnişin oturacaqları qanadların içində yerləşdirilib.

Hollandiyanın “Royal Dutch Airlines” (KLM) milli aviasiya şirkəti “V” formasında təyyarənin kütləvi istehsalı üçün maliyyə ayıracağını açıqlayıb.

Delft Texnologiya Universitetnində layihə rəhbəri Rolef Vos bildirib ki, bu dizayn gələcəkdə elektriklə işləyən təyyarələrin hazırlanmasına yardımçı olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR