Slimfit
  1. MARAQLI

Dünyanın ən qəribə restoranları

Dünyanın ən qəribə restoranları
Sakura

Dünyanın ən qəribə restoranları

Şam yeməyinə başlamamışdan qabaq təhlükəsizlik elanı eşidir və ya təhlükəsizlik kəməri bağlayırsınızmı?

Londonda yerləşən "London Səmada" (London in the Sky) adlı restoranda bunları etmək məcburiyyəti var.

Bu, 22 nəfərlik masa-restoran Londonun O2 arenası üzərində 30 metr hündürlükdə yerləşir.

Lakin bu, yemək yeyə biləcəyiniz heç də yeganə qəribə restoran deyil.

Aşağıdakılara da bir göz gəzdirin!

Restoran

Akvariumda yemək

Dənizaltı restorana nə dəyirsiniz?

Bu restoran okeanın dərinliyində inşa olunub. Divarları və tavanı şüşədəndir və ətrafındda 400 növ su canlısı üzür.

Restoran

Zürafə ilə yemək

Keniyada yerləşən Zürafə Malikanəsi (Giraffe Manor) restoranında bu uzun boğazlı heyvanlar da yeməyinizə qonaq ola bilər. Pizzamı zürafə oğurladı kimi yaddaqalan hekayələriniz bol olacaq.

Bu qeyri-adi hotel Nayrobinin ətrafında yerləşir və turistlər arasında çox məşhurdur.

Restoran

Hündürlük qorxunuz varsa, bu restorana heç baxmayın

O2 arenası üzərində 30 metr hündürlükdə şam yeməyi necə?

Narahat olmayın - həm siz, həm digər qonaqlar, həm də işçilər təhlükəsizlik kəməri ilə təchiz olunacaqsınız.

Dörd kurs yeməkdən dada-dada Londonun fantastik mənzərəsindən də həzz almaq olar. Yeməklər masanın ortasında dayanan aşpazlar tərəfindən hazırlanır.

Restoran

Dans le Noir - Qaranlıqda yemək

Burada isə yeməklərinizi zil qaranlıq otaqda yeyə bilərsiniz. Ayaqyoluna getmək də daxil olmaqla hər şey üçün ofisianta etibar etməli olacaqsınız.

Menyunu oxumaq mümkün olmadığı üçün yeməklər də tamamilə sürpriz olacaq!

Bu restoran Londonda yerləşir. Ancaq dünyanın bir çox şəhərlərində yerləşən filiallarına da baş çəkə bilərsiniz.

Restoran

Ümid edək ki, yeməyə mikro-çip verilməz

Kathmanduda yerləşən Naulo adlı restoranda xidmət personalı ilə bir o qədər söhbət etmək imkanı yoxdur.

Bu xidmətçilər Nepalın ilk robot ofisiantlarıdır və 2018-ci ilin noyabrından işləyirlər.

Onların bütün cavabları öncədən proqramlaşdırılıb və ən sevdikləri ifadə "Nuş olsun" dur.

Restoran

Pişiklər ətrafında qəhvə

Yaponiyada yaranan pişik kafeləri artıq bütün dünyada geniş yayılıb.

Lakin Rusiyanın Sankt Peterburq şəhərində yerləşən "Pişik Respublikası" (Cat Republic) adlı kafe dünyanın ən böyük pişik kafesi sayılır.

Burada vaxtilə Sank Peterburqun Dövlət Ermitaj Muzeyində siçan tutan, hazırda təqaüdçü sayılan pişiklər də daxil olmaqla 60 pişik yaşayır.

Restoran

Buz restoran

Restoran özü soyuqdur, amma isti gələn yeməyin nə qədər isti qalacağını deyə bilməyəcəyik. Bunu sınamaq üçün Çində yerləşən Shangri-La restoranına baş çəkmək lazım gələcək.

Bu restoran hər il baş tutan və yüzlərlə buz heykəllərin nümayiş etdirildiyi Harbin Buz Festivalının bir hissəsidir.

Restoran

Unitazda yemək

Heç tualet mövzulu restoran eşitmişdiniz? Eşitməmişdinizsə, biri Çində, Şanxay şəhərində yerləşir.

"Tualetdən Daha Artığı" (More than Toilet) restoranının divarları tualet kağızları və duş başlıqları ilə bəzədilib və yemək üçün unitazın üzərinə oturmaq lazım gəlir.

Yeməklər unitaz formalı qablarda servis edilir. Buna birtəhər tab gətirmək olar. Amma birdən kimsə şokoladlı dondurma sifariş etmək istəsə, bir də düşünsün.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR