Dərc edildi: Baxış sayı: 383
Dünyanın ən məşhur dəb brendi məlum oldu
Dünyanın ən məşhur dəb brendi adını “Off-White” (İtaliya) qazanıb. “Qafqazinfo”nun məlumatına görə, “Lyst” platformasının reytinqini “Hypebae” yayımlayıb.
“Google” və sosial şəbəkələrdə edilən 9 milyondan çox axtarışı, eləcə də 12 milyon onlyan-reteylerin saytlarında edilən axtarışları qeydə alan mütəxəssislər öyrənib ki, 2019-cu ilin üçüncü rübündə istifadəçilər internetdə daha çox “Off-White” markasının məhsullarını axtarıb.
“Balenciaga” (Fransa) ikinci, “Gucci” (İtaliya) üçüncü, “Versace” (İtaliya) dördüncü, “Prada” (İtaliya) isə beşinci yerdə qərarlaşıb.
İlk onluqda, həmçinin, “Valentino”, “Fendi” və”Burberry” yer alıblar. Siyahını “Sint Laurent” və “Vetements” yekunlaşdırırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət