Dərc edildi: Baxış sayı: 556
Dünyanın ən kiçik körpəsi - 268 qramlıq uşaq sağ qaldı
Dünyanın ən kiçik körpəsi Almaniyada doğulub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 5 ay bundan əvvəl 24 həftəlik körpə dünyaya gəlib. Körpə vaxtından 16 həftə tez doğulub. Onun yaşamasına ümid belə yox idi. Doğularkən çəkisi 268 qram olub.
Alman həkimlərinin yaratdığı möcüzə nəticəsində körpə həyatda qalıb. Həkimlərinin peşəkarlığı körpənin inkişaf etməsinə səbəb olub. Hazırda onun çəkisi 3 kiloqram 200 qram olub.
Uşaq hazırda sərbəst nəfəs alır, normal qidalanır və həkim nəzarəti olmadan yaşayır. Həkimlər körpəni valideynlərinə təhvil veriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət