Slimfit
  1. MARAQLI

Dünyanın ən kiçik adası görənləri heyran etdi

Dünyanın ən kiçik adası görənləri heyran etdi
Sakura

Ada zəngin Boyland ailəsi tərəfindən istirahət evi inşa etmək məqsədilə alınıb

Dünyanın ən kiçik adası Birləşmiş Ştatların Nyu-York ştatı ərazisindəki Aleksandriya körfəzində yerləşir.



Sputnik Azərbaycan Haberturk-ə istinadən xəbər verir ki, Just Room Enough Island (Tək otaqlıq ada) adlanan ada St. Lourens çayı üzərindədir.

306 kvadratmetr sahədə yerləşən adada sadəcə bir ev və bir ağac var.

Əvvəllər Hub adası olan özəl ada 1950-ci illərdə zəngin Boyland ailəsi tərəfindən istirahət evi inşa etmək məqsədilə alınıb.

Ailə şəhərdən kənara çıxmaq üçün adada ev tikdirib. Lakin adanın ictimaiyyət tərəfindən belə maraqla qarşılanması ailənin planlarını pozub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR