Dərc edildi: Baxış sayı: 466
Dünyanın ən kasıb ölkəsindən Türkiyəyə dəstək
Türkiyənin COVİD-19 epidemiyası ilə mübarizə üçün yaratdığı fonda dünyanın ən kasıb dövləti maliyyə dəstəyi göstərəcək.
Teleqraf.com xəbər verir ki, Somalinin Ankaradakı səfirliyinin diplomatı bir aylıq əməkhaqqını Türkiyənin koronavirusla mübarizə fonduna köçürəcək.
Diplomat Əbdilətif Hüseyn Məhəmməd sosial şəbəkə üzərindən bəyan edib ki, bir aylıq əməkhaqqını fonda köçürəcək:
“Türkiyə, türk xalqı hər zaman Somali xalqıının pis günündə dostu olub. İndi Türkiyənin yanında olma zamanıdır. Biz, Somali olaraq bu kampaniyaya qoşulur və bir aylıq əməkhaqqımı fonda köçürürəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət