Slimfit
  1. MARAQLI

Dünyanın ən gözəl istefa məktubu

Dünyanın ən gözəl istefa məktubu
Sakura

Bir çox XX əsr amerikan yazıçıları qələmlərinə sığınıb yazıçı məşhurluğu qazanana qədər reklam işi ilə…

Yazıçılığın şərbətini 41 yaşında dadan yazıçı həmin vaxta qədər müxtəlif işlərə baş vurub. Onun kopirayter işlədiyi günlərin birində müdirinə yazdığı "Ölkə.Az" kulis.az-a istinadən Şervud Andersona məxsus tarixin ən gözəl istefa məktubunu təqdim edir:

“Əziz Barton,
Rəhbərliyiniz altında çalışan və uzun müddətdir ki, işdən qovulması zəruri olan bir şəxs var. Şervud Andersonu nəzərdə tuturam. Düzdür, istedadlı və bacarıqlı adamdır. Amma aydın görünür ki, uzun müddətdir ürəyi bu işdə deyil.

Şübhəsiz, bu gün Anderson şirkətdə bir əntiq əşya kimi qalmaqdadır. Dağınıq və uzun saçları onun simasına aktyorluq və vecsizlik havası qatır ki, bu da Frank Llyoldan, Kalamazzodan başlamış cənab Kurtinezə qədər hər kəsi təsirləndirir.

Fəqət, Anderson bu işdə səmimi deyil, yəni ürəyi burada deyil. Onun işdən qovulmasının vacib olduğunu düşünürəm. Bu işi sən görməsən, özümə onu qovmaq ixtiyarı vermək istəyirəm. Bu üzdən, Andersona gələn həftənin ilk iş günündən şirkət ilə əlaqəsini kəsməli olduğunu deməyinizi istəyirəm.

O, əla dostdur. Asanlıqla məyus ola bilər. Amma gəlin, ondan qurtulaq".

Hörmətlə: Şervud Anderson

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR