Dərc edildi: Baxış sayı: 615
Dünyanın ən çirkli şəhəri məlum oldu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo AQI Beynəlxalq reytinqində Banqladeşin paytaxtı Dəkkəni qabaqlayaraq dünyanın ən çirkli havası olan şəhəri adını qazanıb.
Bu barədə REN TV məlumat yayıb.
Yanvarın əvvəlində Sarayevoda hava keyfiyyət indeksi 236-yə bərabər olub. Bu göstərici “sağlamlıq üçün çox təhlükəli” reytinq göstəricisinə uyğundur.
Sarayevo səlahiyyətliləri şəhərdə həyəcan rejimi elan edib. Sakinlərə pəncərələri açmamaq və küçədə qoruyucu maska taxmaları tövsiyə olunur. Nəqliyyat vasitələrinə məhdudiyyətlər də tətbiq edilib.
Sarayevoda havanın çirklənməsinin əsas səbəbləri avtomobillərin hərəkəti və yaşayış üçün səmərəsiz istilik metodlarının yayılmasıdır: 146 mindən çox yerli ev odunla qızdırılır. Bundan əlavə, Bosniya və Herseqovinada işlənmiş qazlara nəzarət yoxdur və enerji sertifikatı tətbiq edilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət