Dərc edildi: Baxış sayı: 574
Dünyanın ən çirkli pulları bu ölkəyə məxsus imiş
Türkiyə və Hollandiya alimlərindən ibarət qrup dünyanın ən çirkli pullarını tapıb.
“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, mütəxəssislər müəyyən edib ki, Rumıniya Mərkəzi Bankının buraxdığı banknotların üzərində daha çox bakteriya olur. Əskinaslar hətta ABŞ və Kanada dollarlarını, eləcə də Hindistan rupisini geridə qoymağı bacarıb.
Qeyd edək ki, alimlərin sözügedən araşdırması yüksək qiymətləndirilib. Şnobel mükafatının təşkilatçıları araşdırmaçıları ABŞ-da keçirilən 29-cu mükafatlandırma mərasimində təltif edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət