Slimfit
  1. İDMAN

Dünyanın ən böyük oyunu: bir matçda 15 milyard dollar qazanacaqlar

Dünyanın ən böyük oyunu: bir matçda 15 milyard dollar qazanacaqlar
Sakura

Dünyanın ən böyük oyunu: bir matçda 15 milyard dollar qazanacaqlar

Bu il 53-cü dəfə keçiriləcək ABŞ-ın ən çox izlənilən idman yarışı olan "Super Bowl" (Amerikan Futbolu Finalı) ölkə iqtisadiyyatına milyardlarla dollar xeyir verəcək.
 
Fanat.Az xəbər verir ki, ölkədəki irqçilik problemi səbəbindən ötən il 103,4 milyon nəfərin izlədiyi qarşılaşma son 9 ilin ən aşağı reytinqinə imza atmışdı. Bu il isə tamaşaçı sayının ötən illərin orta göstəricisi olan 180 milyonu keçəcəyi proqnozlaşdırılır. 
 
Bu gecə Bakı vaxtı ilə saat 03.30-da Corciya ştatının Atlanta şəhərindəkı 71 min azarkeş tutumuna malik "Mercedes-Benz" stadionunda keçiriləcək "Super Bowl"da "Los Anceles Rams" və "Nyu England Patriots" komandaları üz-üzə gələcək. Oyunu ABŞ ərazisində 182,5 milyon nəfərin izləməsi ehtimal edilir.
 
ABŞ Milli Pərakəndəçilər Birliyinin (NRF) açıqladığı rəqəmlərə əsasən, ölkədə hər il festival ab-havası yaradan qarşılaşma Amerika pərakəndə satış sektorunda ümumilikdə 14,8 milyon dollar xərcləməyə səbəb olacaq. 
 
Ötən ilki "Super Bowl"da bu rəqəm 15,3 milyard dollar olub. Bu il gəlir 3,3 faiz azalsa da, tarixin üçüncü ən böyük göstəricisi olacaq. 
 
NRF həmçinin bildirir ki, bu ilki çempionluq qarşılaşmasında amerikalılar orta hesabla hərəyə 81,3 dollar xərcləyəcək. Bu isə "Super Bowl" tarixinin ikinci ən böyük göstəricisidir. 
 
ABŞ-ın Milli Toyuq Şurası (NCC) isə bu ilki "Super Bowl" qarşılaşmasında rekord sayda toyuq qanadı satılacağını açıqlayıb. Məlumata görə, çempionluq matçı zamanı amerikalılar 1,38 milyard toyuq qanadı yeyəcək ki, bu da ötən illə müqayisədə 27 milyon artıqdır (2 faiz).
 
"Super Bowl" qarşılaşmaları NFL-lə NBC, CBS və "Fox" telekanalları arasındakı müqaviləyə əsasən hər il növbəlilik prinsipi ilə yayımlanır. Bu ilki matçı CBS kanalı yayımlayacaq. Kanal 4 saatlıq canlı yayım ərzində göstərəcəyi 30 saniyəlik hər reklam çarxı üçün 5,1-5,3 milyon dollar tələb edir. Ötən ilki yayımçı NBC hər belə reklam üçün 5,24 milyon dollar almış və ümumilikdə 414 milyon dollar qazanmışdı.
 
"Mercedes Benz" stadionunda 53-cü dəfə keçiriləcək "Super Bowl"un bilet qiymətləri hər il olduğu kimi yenə minlərlə dollara satılır. Bilet firması "StubHub"un məlumatına görə, qarşılaşmaya satılan ən ucuz bilet 2420 dollardı. Lojalarda oyun izləmək istəyənlər isə 325 min dollardan keçməlidi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR