Slimfit
  1. DÜNYA

Dünyanın ən böyük gəmisinin advermə mərasimi keçirilib

Dünyanın ən böyük gəmisinin advermə mərasimi keçirilib
Sakura

Dünyanın ən böyük gəmisinin advermə mərasimi keçirilib

Royal Caribbean International”ın yeni gəmisi “M/S Symphony of the Seas” Cümə axşamı Mayamidə advermə mərasimi keçirilib. 

Dünyanın ən böyük gəmisi adına sahib olan  “Symphony of the Seas”‘in adı aktyor Alexa ve Carlos PenaVega tərəfindən seçilib. 

Mayami limanının A terminalında gerçəkləşən mərasimə 1000-dən çox qonaq qatılıb. Bu,  “Royal Caribbean”ın indiyədək təşkil etdiyi ən böyük advermə mərasimi olaraq tarixə düşüb. 

“Royal Caribbean International” iddia edir ki, “M/S Symphony of the Seas” dünyanın ən böyük və ən macəra dolu üzən vasitəsidir.  O, hətta bir zamanlar dünyanın ən böyük gəmisi hesab edilən Titanikdən tam üç dəfə böyükdür.  

Xatırladaq ki, “Royal Caribbean International” 14 il ard-arda “Ən Yaxşı Gəmi Şirkəti” adına layiq görülüb. Şirkət 24 kruiz gəmisinə sahibdir.

Mənbə: Seanews.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR