Slimfit
  1. MARAQLI

Dünyanın ən böyük almazı “Lesedi la Rona” 53 milyon dollara satılıb

Dünyanın ən böyük almazı “Lesedi la Rona” 53 milyon dollara satılıb
Sakura

Dünyanın ən böyük almazı “Lesedi la Rona” 53 milyon dollara satılıb

Britaniyalı zərgər Lourens Qraff dünyanın ən böyük almazı sayılan “Lesedi la Rona”ya sahib olub. O, çəkisi 1109 karat olan almaza 53 milyon dollar ödəyib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 2016-cı ilin iyun ayında tennis topu ölçüsündə olan almaz Sotheby's hərracında 61 milyon dollara satılıb. 2016-cı ilin may ayında isə 813 karatlıq “Constellation” almazı 63 milyon dollara alıcı tapıb. Bu ilin aprel ayında isə alıcılar çox nadir rast gəlinən çəhrayı “Pink Star” brilyantını 71,2 milyon dollar həcmində qiymətləndirərək yeni rekord müəyyən ediblər.

Xatırladaq ki, “Lesedi la Rona” almazı 2015-ci ilin noyabr ayında Botsvanada, Kanadanın “Lucara Diamond Corp” kompaniyasına məxsus “Karowe” yatağında aşkarlanıb. Qiymətli daşın adının tərcüməsi “Bizim işıq” mənası verir.

“Lesedi la Rona” hazırda dünyanın ən böyük almazı sayılır. O, bu göstəriciyə görə yalnız 1905-ci ildə tapılan və ilkin çəkisi 3106 karata çatan, lakin sonradan bir çox hissələrə parçalanan “Cullinan” almazından geri qalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR