Slimfit
  1. DÜNYA

Dünyanın ən balaca körpəsi Yaponiyada doğuldu

Dünyanın ən balaca körpəsi Yaponiyada doğuldu
Sakura

Dünyanın ən balaca körpəsi Yaponiyada doğuldu

Körpələr, adətən, 3 kq civarında doğulur. Bir neçə yüz qram fərq heç vaxt təəccüb doğurmur. Körpələr üçün normal çəki 2,8 kq sayılır.

Bizimyol.info xəbər verir ki, Yaponiyada dünyanın ən balaca körpəsi doğulub. Ölkənin yeni sakininin çəkisi cəmi 268 qramdır. Bu haqda “The Japan Times” yazıb. Oğlan uşağı qeysəriyyə əməliyyatı sayəsində dünyaya gəlib. Körpənin anası hamiləliyin 24-cü həftəsindəymiş. Halbuki normal müddət 38 həftə sayılır. Yəni körpəni xilas etmək üçün bu əməliyyata ehtiyac yaranıb.

Dünyanın ən balaca yeni doğulmuş körpəsi

Körpəni altı aya qədər reanimasiya şöbəsində saxlamaq lazım gəlib. Bu müddətdə onun çəkisi 3,238 kiloqrama çatıb. Həkimlər uşağı evə buraxanda onun həyatı üçün heç bir təhlükənin olmadığını deyiblər.

Tokiodakı Keyo universitetinin mütəxəssisləri deyir ki, heç vaxt belə balaca körpə doğulması faktına rast gəlməyiblər. Tarixdə yalnız 23 halda çəkisi 300 qramdan az körpənin həyatını xilas etmək mümkün olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR