Dərc edildi: Baxış sayı: 650
Dünyanın ən balaca atı tapıldı
Polşada dünyanın ən balaca atı tapılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NDTV” xəbər verib.
Onun hündürlüyü cəmi 56,7 santimetr təşkil edir. At 160 santimetrədək boy atan appaluza cinsinə aiddir.
2014-cü ildə fermerlər Patik və Katarina Zelinskilər tərəfindən alınan ata Bombel adı verilib. Fermerlərin sözlərinə görə, əvvəlcə heyvan adi ölçülərdə olsa da, sonradan böyüməyib.
Bombelin sahibləri hesab edir ki, o, böyük ürəyə sahib olan balaca atdır. Ayda bir dəfə uşaq xəstəxanasına baş çəkən heyvan orada pasiyentlərlə vaxt keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət