Slimfit
  1. MARAQLI

Dünyanın ən bahalı saatı haqqında bilmədiyimiz faktlar

Dünyanın ən bahalı saatı haqqında bilmədiyimiz faktlar
Sakura

Dünyanın ən bahalı saatlarından biri “Rolex” sayılır

Ölkə.Az” xəbər verir ki, dünyanın ən çox sevilən və lüks brendi olan “Rolex” barədə maraqlı faktlar var.

Hans Vilsdorf və Alfred Deyvis 1905-ci ildə İngiltərədə şirkət qurublar və şirkətin ilk adı “Wildsorf And Davis” olub. Bu şirkət saat istehsal etmir, sadəcə idxalla məşğul idi.

1908-ci ildə şirkət reyestrdə qeydiyyatdan keçildi və 1915-ci ildə şirkətin rəsmi adı “Rolex” oldu.

Rolex fransız dilindəki “horlogerie exquise”, yəni saatla bağlı mükəmməllik mənasına gəlir.

1919-cu ildə I dünya müharibəsi başa çatdı və tətbiq edilən yüksək vergi səbəbindən saat istehsal edən şirkət xərclərini artırdı. Şirkət isə İsveçrəyə köçürüldü.

1953-cü ildə 100 metr məsafədə su keçirməyən ilk saat istehsal edildi.

1954-cü ildə bir dəfəyə bir neçə zaman dilimini göstərən ilk qol saatı istehsal edildi.

1956-cı ildə avtomatik olaraq gün və tarix dəyişdirən ilk qol saatı istehsal edildi.

Şirkətin ən bahalı saatı 1942-ci ildə cəmi 12 ədəd istehsal edilən və 1 milyon 176 min dollar satılan saatlardır. Bu gün cəmi 8 ədədi qalıb.
Ən ucuz saatları “Rolex Air-King”dir və 3 min dollara satılıb.

Saatların hər biri ustalar tərəfindən əl üsulu ilə hazırlanır. 

İldə 1 milyon saat istehsal edilir. 1 saatın istehsalında yüzlərlə işçi iştirak edir.

Şirkətin böyük bir qiymətli daş üzrə mütəxəssisi var. Onlar istifadə edilən qiymətli daşları test edərək saatın üzərinə yerləşdirirlər.

“Rolex” mexanizması saatı qoluna taxan insanın hərəkətlərini enerjiyə çevirir və saat işləyir.

İldə 4.5 milyard dollarlıq satış edirlər.

Dünyanın ən bahalı 100 brendindən biridir.

Şirkəti quran Hans Vilsdorf yetimxanada böyüyüb. Bu səbəbdən bütün hissələrini və sərvətini “Hans Wilsdorf” xeyriyyə cəmiyyətinə verib.

Hikmət Həsənov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR