Slimfit
  1. DÜNYA

Dünyanın “ən ağıllı” iti ölüb

Dünyanın “ən ağıllı” iti ölüb
Sakura

Dünyanın “ən ağıllı” iti ölüb

Cənubi Karolinada özünün zəngin “söz ehtiyatı” sayəsində tanınan Çeyser ləqəbli it 16 yaşında ölüb. Bu barədə “Independent” yazıb.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, amerikalı Con Pilli border-kolli cinsindən olan iti 2004-cü ildə alıb. Sahibi 3 il ərzində hər gün 4-5 saat it ilə məşğul olub. Belə ki, o, Çeyserə əşyanı göstərib, təxminən 40 dəfə ardıcıl həmin əşyanın adını hündürdən çəkib, daha sonra həmin əşyanı gizlədib və itdən onu axtarmağı tələb edib.

C.Pilli təlim prosesində heyvanlar üçün 800 ədəd parça oyuncaqdan, 116 kiçik topdan, 26 frisbidən (uçan disk) və çoxsaylı plastik əşyalardan istifadə edib. Nəticədə border-kolli 1022 əşyanı tanımağı öyrənib. KİV-lərdə Çeyseri ən ağıllı it adlandırıblar.

Con Pilli ötən il 89 yaşında dünyasını dəyişib. Çeyser sahibinin qızı ilə qalırmış.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR