Slimfit
  1. DÜNYA

Dünyanın 5 ən maraqlı yaxta limanı

Dünyanın 5 ən maraqlı yaxta limanı
Sakura

Dünyanın 5 ən maraqlı yaxta limanı

Ən son texnologiyalarla təchiz olunan sosial obyektləri, lüks tikililəri, gecə klubları, restoranları, mağazaları, qolf sahələri və əyləncə məkanları ilə limanlar çox çəlbedici olur. 

Seanews.az” olaraq fünyanın  fərqli yerindən ən diqqətçəkən yaxta limanlarını təqdim edirik. 

Adriano Mallorka Limanı, İspaniya

Balear adalarının cənub-qərbində yerləşən bu müasir Adriano Mallarko Limanı təxminən 488 lövbər yerinə malikdir.

Liman təqdim etdiyi yüngül qəlyanaltılardan tutmuş müxtəlif çeşidli yeməkləri ilə də çox məşhurdur.  Eyni zamanda, burada Versace, Emilio Pucci kimi markaların satıldığı butiklərə, incəsənət qalareyalarına, özəl banklara və dənizçilik mağazalarına da rast gəlinir. 

Saint Tropez, Fransa

Dünyanın ən məşhur yaxta limanlarından biri olan Saint Tropez Fransanın mədəni mirası hesab edilir. Burada böyük qayıqların yan ala bilməsi üçün 700-dən çox körpü mövcuddur. 

Limanı şəhər iqtisadiyyatının hərəkətverici qüvvəsi də adlandırırlar. 

Məşhur restoranlar, mağazalar, butiklər, klublar bura marağı artırır. Bununla belə,  dar küçələri limanın arxitekturasına  orijinal rəng qatır.  

Yas Marina, Abu Dabi

Abu Dabidəki Yas Limanı süper ve meqa yaxtalar üçün ən yaxşı məkanlarından biri sayılır.  227 lövbər yerinə malik limana 150 metrə qədər yaxtalar yan ala bilər.

2013-cü ilin oktyabrında adanın genişləndirilməsi nəticəsində burada bir çox sosial obyektlər istifadəyə verilidi. Gözəl mənzərəsi, qaçış üçün sahələri, sağlamlıq məkanları olan limanda 7 lüks restoran da fəaliyyət göstərir. Burada dadlı yeməklər təklif olunur. 

Marina di Portofino, İtaliya

Portofino Aralıq dənizi ölkələri arasında ən gözəl və ən müasir limanlardan biridir.

Unikal görünüşü və kiçik rəngli evləri ilə məşhurdur. Futbolçuların, film ulduzlarının və siyasətçilərin əvəzedilməz məkanıdır.

Porto Montenegro

UNESCO tərəfindən qorunan qeyri-adi mənzərəsi, sahili və ətrafındakı dağları ilə  Porto Montenegro Avropanın ən cəlbedici limanlarından biridir.   

Liman 250 metr uzunluğuna qədər onlarla yaxta qəbul etmək imkanına malikdir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR