Slimfit
  1. TARİX

Dünyanı xilas edən limon: Fransızlar 17-ci əsrdə limonad ilə bubon taununun qarşısını necə aldılar?

Dünyanı xilas edən limon: Fransızlar 17-ci əsrdə limonad ilə bubon taununun  qarşısını necə aldılar?
Sakura

Dünyanı xilas edən limon: Fransızlar 17-ci əsrdə limonad ilə bubon taununun qarşısını necə aldılar?

Bəşəriyyət mövcud olduğu tarix boyunca ölümcül bakteriya və virusların yaratdığı epidemiyalardan dəfələrlə əziyyət çəkmişdir. Ancaq bir gün Uzaq Şərqdən gələn dəhşətli taunun öhdəsindən gəlməyə qastronomiya tutqusu - parislilərin limonad içmək vərdişi kömək etdi ! Ens.az saytı bunun necə olduğuna nəzər salır.

17-ci əsrin ikinci yarısında bütün dünya taun yanğınları ilə od tutub yanırdı: 1630-cu ildə Venesiyada 140.000-dən çox vətəndaş (əhalinin üçdə biri), Milanda 130.000 insan, 1664-1666-cı illərdə Londonda bubon taunu  xəstəliyindən 100.000-dən çox insan öldü. Taun 1679-cu ildə Vyanaya çatdı və 80 mindən çox insanın ölümünə səbəb oldu. Xoşbəxtlikdən, bu, sonuncu böyük Avropa taunu  idi. Yeri gəlmişkən, bu infeksiya Rusiyada da kifayət qədər geniş miqyasda yayılmışdı: təxminən 700 min insan 1654-1655 illərdə baş vermiş epidemiyanın qurbanı oldu.

Ancaq bir dəfə möcüzə baş verdi! 1668-ci ildə, epidemiya demək olar ki, bütün Fransa şəhərlərini bürüsə də, Paris xalqı həyatlarını yaşamağa və zamanlarını xoş keçirməyə davam edirdi. Tarixçilər iddia edirlər ki, bu, Fransa kralı XIV Ludovikin birinci naziri italiyalı kardinal Mazarinin epidemiyadan bir neçə il əvvəl Romadan Parisə gətirdiyi küçə limonad satıcılarının sayəsində mümkün olmuşdur. Onlardan sərinləşdirici içki, həmçinin limon suyu, limon qabığı, meyvənin lətli hissəsi , şəkər və sudan hazırlanan aigre de cedre adlanan daha qatı maye növü almaq mümkün idi.

Avropa dualar vasitəsilə taun xəstəliyindən qurtulacağına ümid edirdi, amma limon kömək etdi.

Yəqin ki, sitrus meyvələrində çox miqdarda olan C vitamininin hər kəsi xilas etdiyini düşünürsünüz. Bəlkə də o, bu hekayədə də mühüm rol oynayıb, amma burada əsas təsiredici amil tamamilə fərqlidir. Məsələ bundadır  ki, limonlarda və digər sitrus meyvələrində gözəl təbii insektisid (həşəratları məhv edən) olan limonin adlı bir maddə var. Yəni zərərverici həşəratları məhv etməyə qadirdir. Limonin əsasən limon qabığındadır , buna görə də limonad satıcıları içki hazırlamaq və limon qabığını zibil qutusuna atmaqla, şəhəri xilas etmiş oldular!

Vəbanın əsas daşıyıcıları, şübhəsiz ki, siçovullar idi, lakin onlar birələr vasitəsilə yoluxurdular. Limoninin lazımlı olduğu yer budur! Gəmiricilər limonun qabığını sıxaraq qidalandıqları zaman təhlükəli infeksiyanın törədiciləri olan həşəratlar kütləvi şəkildə qırıldılar. Yeri gəlmişkən, o dövrdə populyar olan cirə, şüyüd, keşniş və digər bitki və göyərtilər də repellent (həşaratlari özündən uzaqlaşdırmaq) xüsusiyyətlərə malikidirlər. Bütün bunlar yalnız taun xəstəliyi ilə məşğul olan həkimlərin əlində idi.

Taunun müalicəsi üçün maska infeksiyaya qarşı yeganə müdafiə vasitəsi idi.

O dövrün avropalı həkimlərinin geyimləri olduqca orijinal idi: uzun qara örtük, papaq, üzük və uzun dimdikli maska. Bütün bunlar mumlu dəridən və ya mumla isladılmış qalın kətandan hazırlanmışdı. Maskanın dimdiyi yalnız xəstəlikdən qorumurdu, həm də praktik tətbiqləri var idi: onun içərisinə dərman bitkiləri , sarımsaq , sirkə və tütsü hopdurulmuş parça qoyulurdu. Bütün bunlar "taun miasma"larından xilas etdi və müasir əleyhqaz funkiyasını yerinə yetirirdi.

Əlbəttə ki, limon təkbaşına nə virusdan, nə də bir epidemiyadan xilas edə bilməz, ancaq onun köməyi ilə bədən müqavimətini gücləndirmək olar, bu da orqanizmə  xəstəliyə qarşı mübarizədə daha çox dəstək vermək deməkdir.

Mənbə: www.gastronom.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR