Slimfit
  1. MARAQLI

Dünyada üz köçürülmüş ən gənc pasiyentin hekayəsi — Bir mesajla həyatı dəyişdi

Dünyada üz köçürülmüş ən gənc pasiyentin hekayəsi — Bir mesajla həyatı dəyişdi
Sakura

Dünyada üz köçürülmüş ən gənc pasiyentin hekayəsi — Bir mesajla həyatı dəyişdi

Məşhur “National Geographic” jurnalı ABŞ-ın Misissipi əyalətində intihar cəhdindən sonra üzü bərbad hala düşən Katie Stubblefieldin həyat hekayəsini dərc edib.

Ölkə.Az” xəbər verir ki, “Bir üzün hekayəsi” başlıqlı yazıda 22 yaşlı qızınh yaşadıqları təsvir edilib.

2014-cü ildə tələbə olan Katie il boyu sağlamlıq problemləri yaşayıb: əvvəlcə apendisitdən əməliyyat olunub, daha sonra isə mədə problemləri yaşayıb.

O müddətdə depressiyaya düşən gənc qız çıxış yolunu sevgilisində tapıb. Sevgilisiylə xoşbəxt münasibəti olan Katie birlikdəliklərindən bir neçə ay keçdikdən sonra böyük bir şok yaşayıb. Sevgilisinin sinifdə qalan telefonunda onun başqa qadınlarla mesajlaşdığını görüb. Bundan isə dərin sarsıntə keçirib və münasibətini bitirib.

Qardaşının evində tək qalan qız tüfəngi başına dayayıb və hamamda intihara cəhd edib. Həkimlərin səyi nəticəsində Katie həyatda qalıb. Lakin onun üzü bərbad halda olub.

Aylarla davam edən müalicə müddətindən sonra Klivlend Klinikasına göndərilib və o, üz transplantasiyası üçün müraciət edib. Onun üçün ən uyğun üz 2017-ci ildə tapılıb.

Yüksək dozada narkotik qəbulundan ölən 31 yaşlı Adrea Schneiderin üzününh Katieyə köçürülməsinə qərar verilib.

31 saatlıq əməliyyatdan sonra Katie dünyanın ən gənc tam üz transplantasiyası edilmiş pasiyent olub.

Katie üz transplantasiyasının onun üçün ikinci şans olduğunu deyib və intihara cəhdindənh peşmanlığını dilə gətirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR