Slimfit
  1. MARAQLI

Dünyada təqaüdçülər üçün ən yaxşı ölkələr

Dünyada təqaüdçülər üçün ən yaxşı ölkələr
Sakura

Portuqaliya təqaüdçülər üçün ən yaxşı ölkə reytinqinə başçılıq edir

Ens.az xəbər verir ki, dünyanın təqaüdçülər üçün ən yaxşı ölkələrinin reytinqi tərtib edilib. International Living jurnalının tərtib etdiyi İllik Qlobal Pensiya İndeksi 2020-ci ildə təqaüdçülərə görə dünyanın ən yaxşı ölkələri sırasında Portuqaliyanı ilk yerdə göstərib. Siyahı müəllifləri Portuqaliyan əlverişli qiymətlərə, keyfiyyətli tibbi xidmətə, mülayim iqlimə və mehriban yerli sakinlərə sahib olduğunu qeyd ediblər.

Xüsusi olaraq vurğulanır ki, bu reytinq hər il viza və yaşayış icazəsinin alınmasının asanlığı, tibbi xidmətlərin keyfiyyəti, pensiyaçılar üçün müavinətlər, mənzil qiymətləri, ərzaq dəyəri, iqlim, uyğunlaşma rahatlığı, əyləncə, kiçik biznes üçün imkanlar kimi meyarlar əsasında tərtib edilir.

Pensiya almaq üçün TOP 10 ölkəyə Panama, Kosta Rika, Meksika, Kolumbiya, Ekvador, Malayziya, İspaniya, Fransa və Vyetnam da daxildir. Ümumilikdə, İllik Qlobal Pensiya İndeksi 2020 ekspertləri 24 ölkəni araşdırıb. Onlardan 7-si AB üzvləridir: Portuqaliya, İspaniya, Fransa, Malta, İrlandiya, İtaliya və Xorvatiya.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR