Slimfit
  1. DÜNYA

Dünyada sadə telefonlara maraq kəskin artıb –İnsanlar internetdən qaçmağa çalışır

Dünyada sadə telefonlara maraq kəskin artıb –İnsanlar internetdən qaçmağa çalışır
Sakura

Dünyada sadə telefonlara maraq kəskin artıb –İnsanlar internetdən qaçmağa çalışır

2017-ci il ərzində internetə çıxışı olmayan düyməli telefonlara tələbat 5% artıb. Köhnəlmiş modellərə artan maraq son illərdə ilk dəfədir ki müşahidə olunur.

FED.az xəbər verir ki, eyni zamanda smartfon satışı gözlənilmədən 2% aşağı düşüb. Buna səbəb sutka ərzində sosial şəbəkələrə çıxışın olması ola bilər. İstifadəçilər internetə çıxışı olmayan modelləri almaqla İnstagram və Facebook şəbəkələrində yeniliklərindən uzaq olmaq istəyirlər.

Ortalama istifadəçi smartfonu hər 12 dəqiqədən bir yoxlayır.

Ofcom şirkətinin araşdırmasına görə, 78% britaniyalı həyatını smartfonsuz təsəvvür etmir. Yaşlı nəsil gündə 28 dəqiqə onlayn olur, 18-24 yaşlılar isə gün ərzində 3 saat 14 dəqiqə internetdə olurlar.

İnternet-asılılıq problemi smartfon istehsalçılarını da narahat etməyə başlayıb. İyun ayının sonunda iOS 12 beta versiyası istifadəçiyə sosial şəbəkə və messencerlərdə nə qədər vaxt sərf etdiyini izləmək, həmçinin smartfonun istifadəsinə məhdudiyyət qoymağa imkan yaratdı.

Fevralda Nokia məşhur “Matritsa” filmində istifadə olunan 8110 modelini yenidən satışa buraxıb. Şirkət həmçinin Nokia 3310 əfsanəvi modelinin yenilənmiş versiyasını təqdim edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR