Dünyada polad istehsalı 6% azalıb
2020-ci ilin mart ayında dünyada polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 147,05 milyon ton təşkil edib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “World Steel Association” öz hesabatında dərc edib.
2020-ci ilin mart ayında Asiya ölkələri hasilatı 4,1% azaldaraq 105,7 milyon ton istehsal edib, AB ölkələri isə 12,03 milyon ton polad istehsal edib ki, bu da bir il əvvələ nisbətən 20,4% azdır. Şimali Amerika ölkələri tərəfindən polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azalaraq 9,66 milyon ton təşkil edib.
MDB ölkələri tərəfindən polad istehsalı 2020-ci ilin mart ayında 6,2% azalaraq 8,26 milyon tona çatıb. Cəmiyyətin məlumatına görə, 2020-ci ilin mart ayında Rusiyada polad istehsalı təxminən 4,4% azalaraq təxminən 5,85 milyon ton təşkil edib. Avropanın qalan hissəsi (Bosniya və Herseqovina, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyə) 1,9% artımla 3,39 milyon ton polad istehsal edib.
Hesabat dövründə Cənubi Amerika ölkələri tərəfindən polad istehsalı 3,3 milyon ton (azalma 9,4%) olub. Yaxın Şərq ölkələri 3,35 milyon ton polad istehsal edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7% artım edib. Bununla yanaşı, Afrika ölkələri 2020-ci ilin mart ayında hasilatı illik müqayisədə 22,4% azalma ilə 1 milyon tona, Okeaniya ölkələri isə 12,9% azalma ilə 413 min tona endirib.
Açıqlanan hesabata görə, 2020-ci ilin yanvar-mart aylarında dünyada polad istehsalı 443,03 milyon ton olub ki, bu da bir il əvvəlki göstəricidən 1,4% azdır. Hesabat dövründə Çin tərəfindən polad istehsalı 1,2% artaraq 234,45 milyon tona çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət