Dərc edildi: Baxış sayı: 1052
Dünyada Omega 7-nin tək mənbəyi – Çingiz xan və Yuri Qaqarinin sevimli meyvəsi
Uzaq Şərqdə əsrlər boyu tibdə istifadə olunan yabanı iydənin super faydalarının olduğunu bilirdinizmi?
Təbiətdəki omeqa 7-nin yeganə mənbəyi olan yabanı iydə bir çox xəstəliyin şəfa mənbəyidir. Xalq arasında yalancı iydə adlandırılan bu bitki Monqol hökmdarı Çingiz xan tərəfindən əsgərlərə yedirilirdi. Əfsanələrə görə, iydə ölmüş atları həyata döndərir.
Medicina.az xəbər verir ki, omega 7-nin yeganə mənbəyi bu bitki ekzema, günəş yanıqları, dermatit, yara və iltihab kimi bir çox xətəliyi müalicə edir.
Reflü xəstəliyini müalicə edir, qanda şəkər-xolesterolu azaldır, qaraciyərdə yağlanması və ürək-damar xəstəliklərinin qarşısını alır.
Omega 7 bədənin kollagen istehsalını artırmağa kömək edir. Buna görə də dərinin uzun illər qırışmasının qarşısını alır və elastiklik verir.
Palmitoleik turşu demək olar ki, bitkilərin hamısında az miqdarda olur. Sadəcə iki bitkidə bu turşunun miqdarı yüksəkdir. Bunlar Makadamia fındığı və yalançı iydədəir. İydədə təxminən 31% təşkil edir. Palmitoleik turşusu dəri yağ qatının bir parçası olduğundan, hüceyrə toxumasına və yara müalicəsinə xeyirli bir möcüzədir və birbaşa dəriyə tətbiq oluna bilər.
Hətta rus kosmonavtları kosmosta olarkən günəş radiasiyasından qotunmaq üçün təbii omega 7 olan yabanı iydənin meyvələrini yeyib. Yağından isə krem kimi istifadə ediblər. Yuri Qaqarin kosmos gəzintisindən əvvəl bol-bol bu bitkidən yeyirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət