Slimfit
  1. DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 4,3 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 4,3 milyonu ötdü
Sakura

Dünyada koronavirusa yoluxanların sayı 4,3 milyonu ötdü

Dünyada koronavirusdan 1 550 417 nəfər sağalıb, 289 540 nəfər isə virusdan ölüb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,indiyədək 4 302 712 nəfərə COVID-19 diaqnozu qoyulub.

Xəstəxanaya yerləşdirilən 46 671 pasiyentin vəziyyəti ağırdır.

Ən çox yoluxma halları ABŞ (1 392 367), İspaniya (269 520) və Rusiyada (232 243) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 139 771 nəfər yoluxub, 3 841 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 110 767-dir. Son məlumata görə, bu ölkədə 6 733 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR