Dərc edildi: Baxış sayı: 469
Dünyada koronavirusa yoluxanların sayı 200 000-i ötdü
Dünyada koronavirus daşıyıcılarının sayı 200 099 nəfərə çatıb.
“Report” xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi Çin (80 894), İtaliya (31 506), İran (16 169) və İspaniyada (11 826) qeydə alınıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 8 010 nəfərdir. Sağalanların sayı isə 82 813 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət