Slimfit
  1. MARAQLI

Dünyada ilk dəfə Napoleonun adasına səyahət başlandı

Dünyada ilk dəfə Napoleonun adasına səyahət başlandı
Sakura

Atlantik okeanın cənubundakı İngiltərə torpağı St.Helena adasında ilk tarifli uçuşlar (16.10.2017) başlayıb.

Cənubi Afrikanın Yohannesburq (Johannesburg) şəhərindən qalxan təyyarə Namibiyanın Vindhok (Windhoek) şəhərində fasilə etməklə təxminən 6 saat 15 dəqiqəyə adaya çatır.

  “SA Airlink” Hava Yollarının adaya gedən “Embraer E190-100 IGW” təyyarəsi 78 sərnişinlikdir.

  Həftədə bir dəfə olacaq Yohannesburq – St.Helena uçuşunun qiyməti orta hesabla 800 funt-sterlinq, yəni 1060 dollardır.

  Xatırladaq ki, St.Helena Fransa imperatoru Napoleon Bonapartın sürgünə göndərildiyi adadır. 1815-ci il Vaterloo Müharibəsini uduzduqdan sonra Napoleon buraya göndərilmiş və 1821-ci ildə 51 yaşında bu adada vəfat etmişdi.

  St.Helena adasında İngiltərə tərəfindən maliyyələşən hava limanı təxminən 285 milyon funt-sterlinqə (380 milyon dollar) başa gəlib. Aeroportun məqsədi adada turizmi canlandırmaqdır.

  İngilis mətbuatı isə Helena hava limanını "dünyanın ən lazımsız hava limanı" adlandırıb.

  Afrika qitəsinin qərbində yerləşən bu adada təxminən 4250 nəfər yaşayır. Vulkanik-tropik adanın sahəsi 122 kvadrat kilometrdir. Adanın xariclə yeganə əlaqəsi 3 həftədə bir gedən gəmi vasitəsilə idi. Bu gəmi yolu 6 gün davam edir. Helena gəmisinin son səfəri 2018-ci ilin fevralında olacaq.

 

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR