Slimfit
  1. MARAQLI

Dünyada ən təhlükəli ada

Dünyada ən təhlükəli ada
Sakura

Dünyanın ən təhlükəli adası

Atlantik okeanında zəhərli ilanlarla qaynaşan ada var. Bu qorxu filmlərindəki kimi görünür, amma acı reallıqdır. Bu məqalədə ilanların insanları bu adadan necə qovmaları, necə qidalanmaları və turistlərin burada nə axtarmaları barədə tanış ola bilərsiniz.

Braziliyadan cəmi 30km məsafədə 0,43 kvadrat kilometr sahəsində kiçik Keymada-Qrandi adacığı yerləşib. 

Quş uçuşu yüksəkliyindən ada cənnət guşəsi kimi görünür.

Ötən əsrin 80-ci illərində Braziliya hakimiyyəti bu adaya girişi bağladı. İndi o unikal qoruq statusu daşıyır, belə ki, burada unikal flora və fauna nümayəndələri yaşayır. Şişirtmədən bu adanı planetdə ən təhlükəli adlandırmaq olar. Axı burada dünyada ən təhlükəli ilan - ada botrospu yaşayır. Əslində, bu ilan adadan başqa heç yerdə yaşamır - onlar quraqlığa çıxa bilməyiblər, bu ilan növü məhz bu adada təkamül edib.

Bu ilanın sancması sancma yerindəki toxumaların tez ölməsinə gətirib çıxarır, daxili qanaxma yaradır, beyni məhv edir. Bu ilanın zəhəri ən təhlükəli materik ilanlarındakından beş dəfə daha zərərli hesab olunur. Rəngi qızılı və ya qəhvəyidir. İlanın uzunluğu 1,5-2 metrə qədər çatır və zəhərli gürzənin uzaq qohumlarıdır.

İlanlara bu zəhər nə üçün lazımdır və onlar nə ilə qidalanırlar?

Ada trillerlərdə göstərildiyi kimi ilanlarla qaynaşır. Burada hər kvadrat metrdə beş zəhərli ilan yaşayır! Onların təbii düşmənləri yoxdur və populyasiyası ancaq qidanın kəmiyyəti ilə məhduddur. Amma aclıq da bu ilanlara mane olmur. Onların populyasiyası 15 ildə 1,5 dəfə artıb!

Bu adada nə vaxtsa yaşamış bütün heyvanlar ilanlarla rəqabətdən ölüb. Siz məntiqli sual verəcəksiniz - əgər adada nə heyvan, nə də təbii düşmən yoxdursa, bəs zəhər bu ilanlara nə üçün lazımdır? Axı heç nə boşuna baş vermir.

İlanlar ağaclarda və qayalarda qurbanlarını gözləyir.

Doğrudur! Amma ilanlara sağ qalmaq üçün məhz bu zəhər kömək edir. İş burasındadır ki, onlar quşlarla qidalanırlar. Okeanın bu hissəsindən çoxlu köçəri quşlar uçur. Ada da onlar üçün ölümcül tələ olur. Onlar ağaclarda dincəlmək üçün yerə enirlər və bir anda ilanların ovuna çevrilirlə - zəhər onları dərhal öldürür.

Lap qorxu filmlərindəki kimi

İnsanlar adanı məskunlaşdırmaq üçün bir neçə cəhd ediblər. 20-ci əsrin əvvəllərində burada banan plantasiyaları salmaq istədilər. İlanlar o zaman burda elə də çox deyildi və işçilər xüsusi geyim geyinirdilər. Amma onlara nə möhkəm parça, nə də hündür çəkmələr kömək etmədi. Bu ilanlar ağaclara dırmaşmağı bacarırlar və onlar işçilərdə zəif yerləri asanlıqla tapırdılar. Bütün işçilər sancmadan tələf oldular.

Əvvəllər burada mayak dayanırdı və onda ailəsi ilə birlikdə işçi yaşayırdı. Mayak germetik idi, amma müəyyən vaxtlarda onlar aynaları açırdılar, bu zaman bir neçə ilan içəri daxil olurdu. Təəssüf ki, bütün ailə qeyri-bərabər döyüşdə həlak oldu.

Həmin o başıbəlalı mayak

Turizm

Həyati təhlükəyə baxmayaraq, ada ilə çoxlu turistik fəaliyyət bağlıdır.

Burada turistləri sahil yaxınlığında qayıqda üzməyə gətirirlər. Burada həmçinin dayverlər toplaşır - dərində üzmək üçün burada əla yerlər var. Adanın ətrafında çoxlu balıq var, buna görə də bu sular balıqçılıları cəlb edir.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR