Slimfit
  1. TƏBİƏT

Dünyada ən sürətli canlı məlum oldu

Dünyada ən sürətli canlı məlum oldu
Sakura

Dünyada ən sürətli canlı məlum oldu

Amerikalı alimlər Drakula da adlandırılan mystrium camillae tropik qarışqa yarımnövünü dünyada ən sürətli heyvan adlandırıdılar. Onlar 320 km/s sürətlə hərəkət edə bilirlər. Royal Society Open Science xəbər verir ki, bu insanın göz qırpmasından beş min dəfə çoxdur.

Bu qarışqaları ona görə drakula adlandırırlar ki, yetkin fərdlər bərk qidanı özləri həzm etə bilmirlər və buna görə də onu öz sürfələrinə yedizdirir, sonra isə onların qanını içirlər.

İnanılmaz sürətdə çənəsini hərəkət etdirmək qabiliyyətini qarışqalar yedikləri böcəklər və buğumayaqlılara hücum etmək üçün istifadə edirlər.

Alimlərin sözlərinə görə, onlar əvvəllər də mystrium camillae qarışqalarının çənələrinin sürətli olmasını təxmin edirdilər, amma onların hərəkət sürətini ancaq yeni yüksək sürətli çəkiliş texnologiyalarının tətbiqi sayəsində dəqiqliklə ölçə biliblər.

Mənbə: Vesti.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR