Çərçivəsiz displeylə yeni Acer Swift 7 - dünyada ən nazik noutbuk
Acer şirkətinin ən nazik noutbuku Swift 7-ni ilin əvvəlində CES sərgisində təqdim etməsina baxmayaraq, indi Berlində keçirilən IFA 2018 sərgisində şirkət cihazın yeni versiyasını təqdim etdi. Swift 7-nin son modeli 10mm-dən az nazikliyə, 1kq-dan az çəkiyə malikdir və korpusun 92% həcmini tutan çərçivəsiz displeylə təchiz olunub.
Başqa sözlə desək, yeni model 1,2kq çəkiyə malik əvvəlki modeldən xeyli yüngül olacaq, 4,27mm naziklikdə çərçivənin hesabına 15% daha kompakt olacaq: cihaz yeni 14 düymlü displeydən istifadə edir. Buna baxmayaraq Acer Swift 7-ni 5 Vt-lı 8-ci nəsil Intel Core i7 prosessoru (ola bilsin ki, i7-8500Y - 1,5–4,2 Qhz - köhnə 2 nüvəli Core i7-7Y75 Kabe Lake prosessorunun varisi) ilə təchiz etməyə müvəffəq olub.
Şirkət əmindir ki, bu dünyada ən nazik noutbukdur (köhnə noutbukun qalınlığı 9mm təşkil edirdi) - o həqiqətən əvvəlki modeldən daha dəbli görünür. Noutbuku yüngül etmək üçün Acer maqnezium ərintilərindən istifadə edib. Veb kameranın yerinin hansı hissəyə keçirilməsi aydın deyil - Acer onu ya displeyin aşağı hissəsinə keçirib, ya da Huawei Matebook X Pro kimi klaviaturaya əlavə edib.
Hələlik Acer ancaq maraqlı məhsulun digər özəlliklərini açıqlamayaraq nailiyyəti ilə öyünüb, həmçinin onun qiymətini və buraxılma tarixini də açıqlamayıb. Ancaq ümid etmək olar ki, cihaz köhnə Swift 7 modelindən pis olmayacaq və ən azi 8QB RAM, daxili 4G/LTE modulu, 1920x1080 və ya daha çox ekran ölçüsü, 256QB PCIe SSD, Wi-Fi 802.11ac 2×2 MIMO və Bluetooth simsiz rabitə modulları və ən azı 10 saat avtonom iş rejimi əldə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət