Slimfit
  1. TEXNOLOGİYA

Dünyada ən güclü smartfon təqdim edilib

Dünyada ən güclü smartfon təqdim edilib
Sakura

Dünyada ən güclü smartfon təqdim edilib

“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon elan edilib.

ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, smartfon 2340x1080 nöqtə təsvir ölçülü 6,59 düymlük “AMOLED” displeylə təchiz edilib. Korpusda, həmçinin “AirTriggers” əlavə düymələri, qulaqlıq üçün konnektor və 4 mikrofon nəzərdə tutulub.

“ROG Phone II” smartfonu “Snapdragon 855 Plus” prosessoru, 12 QB-lıq əməli və 512 QB-lıq daxili yaddaşla təchiz edilib. Həmçinin sözügedən cihaz 6000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib ki, bu da “PUBG Mobile”da 7 saat fasiləsiz oynamaq üçün kifayətdir. Smartfon üçün öz kuleri olan “AeroActive Cooler II” soyutma sistemi, həmçinin oyun pultu və əlavə akkumulyatora malik birləşdirici stansiyaya malikdir.

Təxmin edilir ki, sentyabrda satışa çıxarılacaq sözügedən smartfonun qiyməti 900 dollar təşkil edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR