Slimfit
  1. DÜNYA

Dünyada ən çox nəyə inanırlar? –Ənənəvi mediaya etimad sosial şəbəkələrdən xeyli yüksəkdir

Dünyada ən çox nəyə inanırlar? –Ənənəvi mediaya etimad sosial şəbəkələrdən xeyli yüksəkdir
Sakura

Dünyada ən çox nəyə inanırlar? –Ənənəvi mediaya etimad sosial şəbəkələrdən xeyli yüksəkdir

2019-cu ilin “Edelman İnam Barometri” açıqlanıb. Ötən il adamların inam obyektinin kəskin dəyişdiyi görünür. Dünyada ən çox “işəgötürən”ə inanırlar.

Qlobal miqyasda respondentlərin 75 faizi “işəgötürən”ə, 57 faizi QHT-lərə, 56 faiz biznesə, 48 faiz hökumətə, 47 faiz mediaya inandığını söyləyib.

İnformasiyalı ictimaiyyətlə (65 faiz) kütlə (49 faiz) arasındakı inam uçurumu 16 vahiddir. Bunun bir səbəbi inkişaf etmiş bazarlarda bilgili ictimaiyyətin inamının kəskin yüksəlməsidir.

İnamda uyğunsuzluq genderlə də izah olunur. Bir sıra inkişaf etmiş ölkələrdə genderə bağlı inam uçurumu hətta ikirəqəmlidir, Almaniyada 12, ABŞ-da 11 vahiddir. Bu ən çox qadınların biznesə inamının zəifliyi ilə izah olunur.

“Kütləvi əhaliylə informasiyalı ictimaiyyətin gələcəyə fərqli inam səviyyələri cəmiyyətin strukturunda çürümənin getdiyini göstərir. Heç də hamı küçələrə çıxmır. Amma bu data onu göstərir ki, Fransada Gilet Jaunes etirazları, Hindistanda qadınların yürüşü, bəzi texnologiya şirkətlərində işçilərin işə çıxması daha kütləvi miqyas ala bilər”, – “Edelman”-ın təmsilçisi Stefan Kehoe deyib.

Bu qorxu dəyişiklik arzusu yaradıb. Faktoloji informasiya mediasından istifadədə görünməmiş artımla sonuclanıb, xəbər və informasiya paylaşımı 22 faizdən 72 faizə qalxıb. Hazırda ənənəvi mediaya (65 faiz) və axtarışa (65 faiz) inam tarixən ən yüksək səviyyəyə çatıb. Sosial mediaya inam isə (43 faiz) aşağı səviyyədədir. Özəlliklə inkişaf etmiş regionlarda ənənəvi və sosial mediaya inam arasında uçurum böyükdür: ABŞ/Kanadada 31, Avropada 26 vahidlik fərq var.

Mənbə: Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR