Bir litri 10 milyon dollar
Dünyada ən bahalı maye qorxulu bir heyvanın fizioloji ifraz etdiyi mayedir.
Tanış olun: sarı əqrəb ( deathstalker - ölümcül ovçu, Leiurus quinquestriatus növü, Buthidae ailəsi). Planetimizdəki hörümçəyəbənzər nümayəndələrin ən təhlükəlilərindən biridir.
Onun zəhəri - neyrotoksinlərdən olan kokteyldir. Onun sancmasından siz anafialktik şokla canınızı qurtara bilərsiniz, bəzi hallarda isə ölümlə nəticələnə bilər (ölümcül miqdar - 0,16-0,50mq/kq). Belə ki, Business İnsider yazır ki, bu zəhər bir amerikan qallonu üçün 39 milyon dollar, yəni bir lir üçün 10,3 milyon dollar dəyərindədir. Xeyirli məqsədlər üçün bu heyvanları xüsusi fermalarda saxlayırlar (Kuba və Türkiyədə).
“Nə üçün belə bahadır?!” - siz təəccüblənəcəksiniz. Çünki onun bir qramını belə almaq çox çətindir. Əqrəblərdən zəhər əldə etmək çox çətindir: onları bir-bir əllə əldə edirlər. Birindən iki milliqramdan artıq əldə etmək mümkün deyil.
Bəs nə üçün əqrəb zəhərini əldə etmək lazımdır? İş burasındadır ki, onda insan üçün xeyli çox dəyərli komponentlər var: əsasında xərçəngə qarşı dərman hazırlanan xlorotoksin. Alimlər nə qədər bu zəhəri araşdırırlarsa, bir o qədər də daha çox onda olan faydalı maddələri tapırlar.
Hazırda aktual mövzu əqrəblərdən zəhərin daha sürətlə əldə edilməsidir. Marokkodan olan alimlər VES-4 robotunu hazırlayıblar ki, onun köməyi ilə uzaqdan idarə edilən pult vasitəsilə bu heyvanlardan zəhər əldə etmək mümkündür. Amma bu hələ son deyil! Siz isə hələ də startap ideyası axtarışındasınız...
Mənbə: Maximonline.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət