Dünyada aparılan müharibələrin təxminən 40%-i təbii ehtiyatlar uğrunda aparılıb
Son 20 ildə ən azı 18 silahlı münaqişə təbii ehtiyat yataqlarının istismar hüququ uğrunda mübarizə üçün başlayıb.
Son 60 ildə dünyadakı vətəndaş müharibələrinin təxminən 40%-i təbii ehtiyatlar uğrunda mübarizə üçün başlanıb. Bu barədə “Anadolu” agentliyi BMT-nin ətraf mühit üzrə Proqramının məlumatlarına istinadən xəbər verir.
Dünyada təbii resurslara olan tələbat sürətlə artır, bu da əhalinin artımı ilə izah olunur və bu da gələcəkdə yeni müharibələrin baş verməsi ehtimalını artırır.
Son 20 ildə ən azı 18 silahlı münaqişə təbii ehtiyat yataqlarının istismar hüququ uğrunda mübarizə üçün başlayıb. Bundan başqa, 1990-cı ildən Afrikada baş vermiş silahlı toqquşmaların təxminən 75%-i təbii resursların istismarından olan gəlirlərin hesabına maliyyələşdirilir.
Liberiya, Sierra-Leone, Anqola, Konqo Demokratik Respublikası kimi ölkələrdəki vətəndaş müharibələri ilk növbədə almaz, qızıl və digər təbii sərvət yataqlarına sahib olmaq hüququna görə baş verdi.
Qərbi Afrikada yerləşən Kot-divuardakı vətəndaş müharibəsi 2002-ci ildə əsgərlərin qiyamından sonra başladı. Müharibə almaz və kakaodan gələn gəlirlərin hesabına maliyyələşdirildi.
2000-ci illərdə Hindistan və Pakistanın münasibətləri Hind çayı hövzəsindəki su resurslarının istifadəsi ilə əlaqədar kəskin şəkildə ağırlaşdı. Bundan başqa, Afrikada Nil çayı hövzəsi vaxtaşırı Misir, Efiopiya və Sudan arasında münaqişələrin səbəbi olur.
Ölkə |
Dövr |
Mənbələr |
Əfqanıstan |
1978-2001 |
Qiymətli daşlar, opium, ağac |
Anqola |
1975-2002 |
Neft, almaz |
Myanma |
1949- |
Qiymətli daşlar, opium, ağac, qalay |
Kamboca |
1978-1997 |
Qiymətli daşlar, ağac |
Kolumbiya |
1984- |
Neft, almaz, koka, ağac, zümrüd |
DR Konqo |
1996-1998, 1998-2003, 2003-2008 |
Mis, koltan, almaz, qızıl, kobalt, ağac, qalay |
Kot-divuar |
2002-2007 |
Almaz, kakao, pambıq |
İndoneziya-Açex |
1975-2006 |
Təbii qaz, ağac |
İndoneziya-Qərbi Papua |
1969- |
Mis, qızıl, ağac |
Liberiya |
1989-2003 |
Almaz, ağac, dəmir, palma yağı, kakao, kofe, qızıl və kauçuk |
Papua - Yeni Qvineya |
1989-1998 |
Mis və qızıl |
Peru |
1980-1995 |
Koka |
Seneqal |
1982- |
Ağac, anakardiya |
Syerra-Leone |
1991-2000 |
Almaz, kakao, kofe |
Somali |
1991- |
Balıq və kömür |
Sudan |
1983-2005 |
Neft |
Nepal |
1996-2007 |
Çin kordiçepsi |
Mənbə: aa.com.tr
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət