Slimfit
  1. DÜNYA

Dünyada 2100-cü ilə qədər yalnız altı ölkədə doğum səviyyəsi yüksək olacaq

Dünyada 2100-cü ilə qədər yalnız altı ölkədə doğum səviyyəsi yüksək olacaq
Sakura

Dünyada 2100-cü ilə qədər yalnız altı ölkədə doğum səviyyəsi yüksək olacaq

Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər ölkələrin təxminən 3/4-də doğuş nisbətləri mövcud səviyyədən aşağı olacaq.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə Böyük Britaniyanın “The Lancet” elmi jurnalında dərc olunan Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun araşdırmasında deyilir.

Qeyd olunub ki, yalnız 49 ölkə və ərazidə (24%) həmin dövrə qədər doğum səviyyəsi yüksək olacaq. Lakin 2100-cü ilə qədər yalnız altı belə dövlət (2,9%) qalacaq.

Alimlərin fikrincə, əgər 1950-ci ildə bir qadına düşən uşaqların orta sayını əks etdirən dünya məhsuldarlığı əmsalı 4,84 idisə, 2021-ci ilə qədər bu göstərici 2,23-ə düşüb.

Tədqiqatın müəllifləri proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər bu göstərici 1,83, daha 50 ildən sonra isə 1,59 olacaq. Eyni zamanda dünya əhalisinin sayının azalmasının qarşısını almaq üçün əmsal 2,1-dən aşağı düşməməlidir.

Alimlər qeyd edib ki, 2021-ci ildə dünyada doğuş nisbəti baxımından liderlər müvafiq olaraq 6,99, 6,97 və 6,54 təşkil edən Çad, Niger və Somali olub. Reytinqdə sonuncu pillədə Koreya Respublikası (0,82), Puerto-Riko (0,9), Andorra (0,98) və Tayvan (0,98) qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR