Dünyaca məşhur şirkət Azərbaycanda texnoloji ilkə imza atacaq
Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı “Huawei-Azerbaijan” şirkətinin baş meneceri Qarabağda yenidən qurulacaq ərazilərdə “Ağıllı kənd” rəqəmsal texnologiyasından istifadə ediləcəyinə dair məlumat verib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, şirkətin nümayəndəsi bildirib ki, ən son qabaqcıl texnologiyaları Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırdırlar:
“Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik”.
O qeyd edib ki, şirkət “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət