Slimfit
  1. AZƏRBAYCAN

Dünyaca məşhur erməninin etirafları: "Qarabağ və Zəngəzur Azərbaycana məxsusdur"

Dünyaca məşhur erməninin etirafları: "Qarabağ və Zəngəzur Azərbaycana məxsusdur"
Sakura

Dünyaca məşhur erməninin etirafları: "Qarabağ və Zəngəzur Azərbaycana məxsusdur"

Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir. 
 
Mikoyann tərəfindən imzalanan bir başqa məktub (bu dəfə Nuricanyanın imzası yoxdur) SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinə göndərilmişdi: "Biz özümüzə vəzifə bilərək Qarabağ və Zəngəzurla bağlı Kommunist Partiyasına məlumat verməyə borcluyuq ki, ümumi fikrimiz budur: Bu məsələnin Ermənistan ilə müzakirə edilməsi Qafqazda inqilaba qarşıdır".
 
Mikoyan bunları yetərli hesab etmədən, 29 iyul 1920-ci ildə bir məktub da Serqo Orconikidzeyə göndərmişdi: "Mərkəzin Qarabağ və Zəngəzur siyasətinə qəzəbliyik. Sən Mərkəzdə bizim mövqeyimizi israrla müdafiə et. Biz Ermənistanla sülhə qarşı deyilik, amma bu, Qarabağ və Zəngəzurun hesabına olmamalıdır".
 
Başqa bir sənəd
 
Erməni dilində yeni üzə çıxarılan sənədlər türk- erməni münasibətlərinin məlum olmayan yönlərini anlamaq baxımından əhəmiyyətlidir. 1920-ci ilin noyabr ayında bolşeviklər Ermənistanda hakimiyyəti daşnak hakimiyyətindən alandan sonra Ermənistan SSR Xalq Komissarları Sovetinin sədri Sarkis Kasyanın imzası ilə ortaya çıxarılan sənəd də bu gün Ermənistanda mübahisəli mövzudur. Sarkis Kasyan Türkiyə ilə problemləri araşdırmaq, yeni əlaqələr yaratmaq məqsədilə 9 dekabr 1920-ci il tarixli bir sərəncam imzalayıb və bu sənəd indiyə qədər gizli saxlanılıb. Sovet Ermənistanı və SSRİ-nin önəmli liderlərindən olan Anastas Mikoyan 1919-cu ilin dekabr ayında Leninə yazdığı hesabatında da vurğulayırdı ki, "Bu günə qədər partiyamızın mərkəzi orqanları nümunə olaraq gürcü problemindən və ya digər Qafqaz millətlərinin problemlərindən daha çox "erməni probleminə" önəm vermişdir. Bunun səbəbi ermənilərin müharibədən əvvəlki vəziyyətləri ilə bağlıdır və bu, "Türkiyə Ermənistan"ı ilə bağlı məsələlərdən irəli gəlmişdir. Müharibədən sonra yaranan vəziyyətdə "erməni problemi" ilə bağlı bu siyasətlərin əsası olmayan, yanlış və hətta dünya inqilabının və imperializmə qarşı müharibənin maraqları mənasında çox zərərli olduğu ortaya çıxdı". 
 
Bundan başqa, Mikoyan yazırdı: "...Erməni millətçiləri imperialist müttəfiqlərinə və güruhçu general Denikinə güvənərək, Qara dənizdən Aralıq dənizinə qədər yeddi vilayətin daxil olduğu "Böyük Ermənistan"ın yaradılması kimi artıq cinayət sayılacaq fikrə çevrilmiş xəyallara ümid bəsləyirlər. Bu regionda ermənilərin olmaması və yalnız müsəlman əhalinin yaşaması da onları narahat etmir. "Böyük Ermənistan" əhalinin böyük əksəriyyətinin iradəsini ifadə etməyə bilər, çünki onu imperialistlər silah gücünə sırıyırlar, onlar hesab edirlər ki, buna "Ermənistan"ın guya "cinayətkar təşkilatlardan", müsəlmanlardan təmizləmək yolu ilə, dağıntı və günahsız "əcnəbilərin" cəsədləri üzərində qanla nail olacaqlar. Belə bir cəhənnəmin və dəhşətli şiddətin yaradılması proqramı ermənilərin şəxsində ən yaxşı, bacarıqlı, sadiq agentlər tapmağı qarşısına məqsəd qoyur və onların vasitəsilə Türkiyəni soymaq, müstəmləkəyə, müttəfiqlərin sərmayə dairəsinə çevirmək istəyən müttəfiq imperializm tərəfindən uğurla dəstəklənir".
 
1919-ci ilin dekabr ayının əvvəllərində Qafqaz Komitəsinin üzvü Anastas Mikoyan Leninə göndərdiyi "Qafqaz probleminə dair" hesabatında da erməni planlarının nədən ibarət olduğunu ortaya qoyur. O, məktubunda Sovet Rusiyası üçün "Türkiyə Ermənistan"ının müstəqilliyi ilə bağlı çıxan təlimatın heç bir müsbət nəticə doğurmadığı, tam əksinə, təkcə Türkiyənin deyil, həm də Qafqazın bütün müsəlman əhalisini Sovetin əleyhinə qızışdırdığını bildirirdi. 
 
Mikoyan erməni dostlarının kiçik bir qrupu ilə "Türkiyə Ermənistanı" haqqında çıxan sərəncamının elan edilməsinin ilk günlərindən etibarən ona qarşı olduğunu və bu səhvi düzəltmək məsələsində gecikdiklərini qeyd edirdi. Yəqin ki, 1917-ci ilin payızında Bakı bolşeviklərinə qoşulan, partiyanın Bakı komitəsinin İdarə Heyətinin üzvü olan A.Mikoyanın fikri və mövqeyi "Qafqazın Lenini" adlandırılan S.Şaumyanın düşüncəsini və məntiqini məğlub edə bilməmişdi. Belə ki, "Türkiyə Ermənistanı" muxtariyyəti ideyasının ilham pərisi və bununla bağlı sərəncamın icraçısı olan Stepan Şaumyanın fərqli bəyanatları və davranışları olmuşdur. Bu məsələyə millətin öz müqəddəratını təyinetmə hüququ müstəvisində yanaşma nümayiş etdirilmişdi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR