Slimfit
  1. MARAQLI

​Dünyaca məşhur ada yox olur

​Dünyaca məşhur ada yox olur
Sakura

Dünyanı geri dönüşü olmayan bir fəlakətə sürükləyən qlobal isinmə səbəbi ilə yaxın gələcəkdə bəzi bölgələr…

Dünyanı geri dönüşü olmayan bir fəlakətə sürükləyən qlobal isinmə səbəbi ilə yaxın gələcəkdə bəzi bölgələr tamamilə sular altında qalacaq, bəziləri isə yaşanmaz hala gələcək .

Metbuat.az xarici mediaya istinadla bildirir ki, qlobal isinmənin verdiyi zərərlər dünyada artıq inkar edilməyəcək səviyəyə yüksəlib. Qarşıdakı yüz il içində dəniz suyu səviyyələrinin 50 santimetrdən daha çox yüksəlməsi gözlənilir. Bu yüksəlmə dünyanın tarazlığını dəyişdirməyə kifayət edəcək. Musson küləkləri, buzlaqların əriməsi, okeanlardakı asitləşmə və çölləşmə kimi iqlim dəyişikliklərinin qaçınılmaz nəticələri dünyanı dönüşü olmayan bir fəlakətə sürükləyir.

Lut gölü

Dünyanın ən duzlu gölü olan İsrail və Urdun sərhəddində yerləşən Ölü dənizin (Lut gölü ) suyu üzərində batmadan qalmaq mümkündür. Qlobal isinmə səbəbi ilə quruyaraq daima kiçilən göl hazırda heç bir axar sudan qidalanmır. Ölü dəniz Suriya-Afrika ayrıcındakı ən alt nöqtədə yerləşir. Dənizin qlobal isinmə səbəbi ilə qarşıdakı 50 il içində yox olma riski ilə qarşı-qarşıya olduğunu bildirilib.

Keniya

Mütəxxəssislərin son illərdə diqqət çəkmək üçün əllərindən gələni etdiyi Keniya Klimancoro dağının zirvəsində yerləşən qarın ərimə ehtimalı səbəbi ilə qarşıdakı 15 ildə yox olma riski ilə qarşı-qarşıyadır. 1912-2007-ci illəri arasında Klimancoronun buz təbəqəsinin 85 faizinin azalmış olduğuna diqqət çəkilir. Bu da dağın təbii quruluşunun dəyişməsinə, bəlkə də yox olma ehtimalı ilə üz-üzə qalmasına səbəb ola bilər.

Madaqaskar adası

Dünyanın ən böyük dördüncü adası Madaqaskar Cümhurriyyəti üçün mütəxxəssislər sadəcə 35 il ömür biçiblər. Madaqaskar Afrika qitəsinə bağlı bir ada-ölkə ünvanına sahibdir. Qitənin şərq hissəsində, Hind okeanının isə qərbində yerləşir. Adanın qorunması təmin olunmazsa 35 il ərzində adanın bütün xüsusiyyətlərini itirəcəyi deyilir.

Maldivlər

Hind okeanındakı əhalisi ən aşağı ölkə olan Maldivlərin ən yüksək nöqtəsi dəniz səviyyəsinin yalnızca 2.3 metr üzərindədir, yüksəkliyi isə təxminən 1.5 metrdir. 1190 adacıqdan ibarət olan Maldivlərin qlobal isinmə səbəbi ilə təxminən 100 il sonra tamamilə dəniz altında qalacağı deyilir. 2100-cü il etibarilə 45 santimetrlik su yüksəlməsi baş verməsi və ölkənin sahəsinin 77 faizini itirməsi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR