Dərc edildi: Baxış sayı: 473
Dünya Turizm Təşkilatının Rusiyda keçirilən Baş Assambleyasının iclasında Azərbaycan təmsil olunacaq
“Dünya Turizm Təşkilatının Rusiyada keçirilən Baş Assambleyasının iclasında Azərbaycan da təmsil olunacaq”.
Bu barədə “Report”a məlumatı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, Assambleyanın Peterburqda və Moskvada keçirilən iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edəcək: “Bundan əlavə, iclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur”.
K.Quluzadə qeyd edib ki, sentyabrın 10-13 tarixlərində Peterburqda, sentyabrın 14-15 isə Moskvada olacağıq.
Xatırladaq ki, Dünya Turizm Təşkilatının Baş Assambleyasının iclası sentyabrın 9-dan başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət