Slimfit
  1. İQTİSADİYYAT

Dünya Ticarət Təşkilatı : qlobal ticarət böhran səviyyəsinə enir

Dünya Ticarət Təşkilatı : qlobal ticarət böhran səviyyəsinə enir
Sakura

” Ticarət Barometri" indeksi rekord minimuma qədər azalıb.

Dünta Ticarət Təşkilatı dünya üzrə ticarətdə 2008-ci il böhranı səviyyəsinə qədər - rekord bir azalma olduğunu elan etdi.

Ens.az xəbər verir ki, bu barədə DTT-nın açıqlamasında deyilir.

Qeyd edilir ki, 2020-ci ilin ikinci rübündə qlobal mallarla ticarətdə tarixi enmə səbəbindən  ” Ticarət Barometri" indeksi rekord minimuma 84,5 bəndə qədər azalıb.

İndeksin bu dəyəri 2008-2009-cu illərdəki maliyyə böhranının zirvəsində olan dövrdəki  ticarətdə vəziyyətlə müqayisə olunur. Keçən ilin eyni dövründə indeks 18,6 bənd daha yüksək idi.

"Əlavə göstəricilər üçüncü rübdə qlobal ticarətdə və istehsalda qismən böyüməyə işarə edir, lakin hər hansı bir bərpa gücünün qeyri-müəyyənliyi qalır: V şəkilli deyil, L şəkilli  trayektoriya istisna edilə bilməz" deyə ÜTT-nin açıqlamasında bildirilir.

Mənbə: censor.net.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR