Dərc edildi: Baxış sayı: 331
Dünya şöhrətli Kafu Bakıya gələcək
Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.
Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.
Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət