Dərc edildi: Baxış sayı: 541
Dünya Səhiyyə Təşkilatı: Səhv etdik
Dünya Səhiyyə Təşkilatı (DST), Çinin Vuhan şəhərindən başlamış koronavirus ilə əlaqədar ölümcül epidemiyanın beynəlxalq riskini qiymətləndirməkdə səhv etdiklərini açıqlayıb.
"Marja" xəbər verir ki, təşkilatın rəsmiləri, bir əvvəlki hesabatlarda səhv etdiklərini və söz mövzusu ölümcül epidemiyanın beynəlxalq sahədəki riskinin yüksək olduğunu qeyd ediblər.
Dünya SəhiyyəTəşkilatı, ötən həftə beynəlxalq cəmiyyətin sağlamlığı baxımından təcili vəziyyət elan etmək üçün erkən olduğunu açıqlayaraq, ölümcül epidemiyanın qlobal miqyasda təhdidə çevrilməsi riskinin kiçik bir ehtimal olduğunu qeyd etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət