Slimfit
  1. İDMAN

Dünya şahmat tacı uğrunda 12 partiyanın hamısı heç-heçə ilə bitib

Dünya şahmat tacı uğrunda 12 partiyanın hamısı heç-heçə ilə bitib
Sakura

Dünya şahmat tacı uğrunda 12 partiyanın hamısı heç-heçə ilə bitib

ABŞ şahmatçısı Fabiano Karuana və norveçli Maqnus Karlsen arasında dünya çempionu adı uğrunda keçirilən 12 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb.

"Report"un məlumatına görə, 12-ci partiyada tərəflər 3 saatlıqmübarizənin ardından 31-ci gedişdə "sülh"ə razılaşıblar.

Karuana ağ, Karlsen qara fiqurlarla oynayıb. Hazırda hesab bərabərdir - 6:6. Beləliklə, dünya çempionu noyabrın 28-də tay-breykdə müəyyənləşəcək.

Tay-breyk vaxta nəzarətlə hər biri 25 dəqiqə və hər gediş üçün 10 saniyədən ibarət olmaqla, 4 partiyadan ibarətdir. Bu zaman da hesab bərabər olsa, 5 dəqiqə + 3 saniyə rejimi ilə daha 2 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, daha 2 partiyadan ibarət 4 blits matç təyin olunacaq. Ümumilikdə 10 görüşün yekununda da qələbə qazanan olmasa, ağlara 5, qaralara 4 dəqiqə verilməklə və 61-ci gedişdən sonra 3 saniyə əlavə edilməklə, həlledici partiya keçiriləcək. Bu görüşdə də heç-heçə qeydə alınsa, qara fiqurlarla oynayan şahmatçı qalib elan olunacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR