Dərc edildi: Baxış sayı: 288
Dünya Rusiyanın uğursuzluğuna şahiddir - Ostin
Müttəfiqlər Ukraynanın ehtiyac duyduğu silah və sursatları alana qədər dayanmayacaqlar.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
Ostin Rusiyanın artıq 500 gündən çoxdur müharibə apardığını xatırladıb:
“Bu tamamilə səbəbsiz, lazımsız və ədalətsizdir. Bütün dünya Rusiyanın işğalçı müharibəsindəki məqsədlərinə çata bilmədiyini görür. Ukraynanın əks-hücum əməliyyatı bu dəhşətli müharibədə əsas məqamdır. Ukrayna qüvvələri öz suveren ərazisində nəzarəti bərpa etmək üçün təşəbbüs göstərir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət